Ayaz Mütəllibov sükutu pozdu: Eks Prezidentdən VİDEO AÇIQLAMA
"Fuad Musayevlə bağlı çox müsbət xatirələrim var. Ancaq o qədər düşünmürdüm ki, onunla vidalaşmaq bu günlərə gəlib təsadüf edəcək". Azeripress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevin dəfn mərasimində əmkdaşımıza verdiyi açıqlamasında bildirib.
Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevin dəfn olunmasında iştirak edən sabiq dövlət başçısı mərhumla bağlı xatirələrini bölüşüb: "Fuad Ənvər oğlu Musayev Azərbaycanın vətənpərvər insanı olaraq həmişə respublikamızı müdafiə edib. Zəhmətkeş insan olub. Onunla yaxın olmaq, yaxından dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Fuad Ənvəroviçlə uşaqlıqdan - 40-cı illərdən tanışıq. Musayev valideynlərinin qəbirlərinin yanında torpağa tapşırıldı. Allah rəhmət eləsin".
Xatırladaq ki, Moskavada 79 yaşında böyrək çatışmazlığından dünyasını dəyişən Musayev 1992-ci ildə AFFA-nın ilk prezidenti olub və həmin vaxt Azərbaycanın Prezidenti Mütəllimov idi.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...