Bu gün Bakının mərkəzində su olmayacaq

10:35 19-06-2017 | icon 5005
Bu gün Bakının mərkəzində su olmayacaq

Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-da, saat 11:00-dən 18:00-dək  Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

A.M.


Digər xəbərlər

0.28267598152161