Dünya indi Çini “ucuz” hesab etmir
Çinin “dünyanın fabriki” olduğu fikri artıq aktuallığını itirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “IHS Markit” araşdırma şirkətinin illik hesabatına əsasən, Çinin ucuz resusrsların cəlb olunduğu ölkə kimi qəbul edənlərin sayı ilk dəfə 2016-ci ilin yekununa görə 50%-dən aşağı olub.
“İHS Markit”in analitiki Pol Robinsonun fikrincə, bu, 2012-ci ildəki 70%-lik həddən olduqca aşağıdır.
Uzun müddətdir dünyanın hər tərəfindən şirkətlər ucuz işçi qüvvəsindən istifadə etmək üçün istehsalatını Çinə daşıyıb. Amma, son illərdə Çinin özəl sektorunda əmək haqqı artıb və bununla da bazar cazibliyini itirməyə başlayıb.
Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, 2006-cı ildən etibarəın Çində orta aylıq əmək haqqı 2 dəfədən çox artıb. 2014-cü ilin yekununa əsasən, Çində orta aylıq nominal əmək haqqı 685 ABŞ dolları olduğu halda, Vyetnamda bu 212 dollar, Filippində 216, Tailandda isə 408 dollar olub.
P.Robinsonun fikrincə, indi şirkətlər Çindən ucuz resursların olduğu ölkə kimi deyil, qlobal ticarət qovşağı kimi istifadə etməyə üstünlük verir.
S.B.
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...