MTN şefi adamlarını başına yığır: Eldar Mahmudova vəzifə verilir?

09:15 20-06-2017 | icon 8043
 MTN şefi adamlarını başına yığır: Eldar Mahmudova vəzifə verilir?

Milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudov qayıdır

Bu iddia ilə çıxış edən mənbə Ulus.Az-a bildirib ki,
keçmiş nazir vəzifəyə getməyə hazırlaşır.

Onun sözlərinə görə, Mahmudov MTN-də olan kadrlarını xüsusi xidmət orqanlarından kənarlaşdırır və ətrafına toplayır. Onun məqsədi yenidən bir qüvvə halına gəlmək və reabilitasiya prosesini keçməkdir.

Nəticə etibarı ilə siyasi şantaj yoluna əl atan eks-nazir yenidən hakimiyyətdə vəzifə tutmaq ehtirası ilə yaşayır. Amma siyasi rəhbərliyin buna icazə verib-verməyəcəyi məlum deyil. Hər halda Azərbaycan prezidenti İlham Əliyevin ona qəzəbi soyumuş ola bilməz.

Qaynağımız iddia edir ki, E.Mahmudov sabiq rabitə naziri Əli Abbasovun AMEA-da müşavir təyin olunmasından sonra siyasi reanimasiyadan çıxmağa və reputasiyasını bərpa etməyə həvəslənib.

Onun MTN-dəki dəstənin qanunsuz əməlləri ilə əlaqəsindən xəbərsiz olmasını deəyərk yenidən cəmiyyət qarşısında çıxması istisna edilmir.

Gələn məlumatlar, “MTN işi” çərçivəsində baş tutan məhkəmə proseslərində cərəyan edənlər onu deməyə əsas verir ki, hətta əks prosesin gerçəkləşməsi də mümkündür.

Eldar Mahmudova yaxın çevrədən musavat.com-a olan məlumatda deyilir ki, sabiq nazir Badamdardakı imarətində sakit həyatını yaşayır. Hərəkət sərbəstliyi var. Kimə istəsə zəng edə, kimi istəsə imarətinə çağıra bilər.

Hətta artıq onun mühafizəçiləri də var. Məlumat üçün deyək ki, E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun mühafizə dəstəsi, cangüdənləri, köməkçiləri də ətrafından uzaqlaşdırılmışdı.

Bir müddət əvvəl sabiq nazirin cangüdənlərini, mühafizə dəstəsini də yenidən toplayıblar. Onlara elan edilib ki, əvvəlki qaydada Eldar Mahmudovun təhlükəsizliyini, mühafizəsini təmin edəcəklər.

İnandırıcı olmasa da, Eldar Mahmudovun toxunulmaz qalması onun yenidən vəzifəyə gətiriləcəyi haqda iddiaları artırıb.

Mənbə Ulus.Az-a söyləyib ki, MTN işi üzrə zərər çəkən bir çox şəxslərin də şikayətini ictimailəşdirməsinə imkan verilmir.

Buna səbəb kimi yeni detalların, yeni cinayətlərin üstünün açılmasının qarşısını almaqdır. E.Mahmudova sərf edən bu variant MTN işinin Çovdarovla qapadılmasına hesablanıb.

MTN-də başlanan “təmizləmə” bir çox gerçəkləri üzə çıxardı. Məlum oldu ki, ölkə vətəndaşı əlini başının altına qoyub yatarkən Eldar Mahmudovun ətrafı ölkə boyu talanlarla məşğul olub.

Sahibkarlar çarmıxa çəkilib, onlardan pul-para, mal-mülkləri ilə yanaşı bəzilərinin canını da alıblar. Heç bir sənəd-sübutsuz adamları tutub işgəncəyə məruz qoyublar.

Üstəlik, Eldar Mahmudovun “sağ əli” hesab olunan, hazırda həbsdə olan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovun şəxsi həbsxana saxladığı da üzə çıxıb.

Maraqlıdır ki, MTN-də “təmizləmə” başlayandan dərhal sonra 7 vəzifəli şəxs həbs olunsa da, onların sırasında A.Çovdarovun adına rast gəlinməmişdi. Sonradan belə bir məlumat da yayılmışdı ki, A.Çovdarov eks şefinə qarşı ifadə verməyib.

 

Ulus.Az


Digər xəbərlər

0.28519821166992