Bu gecə Azərbaycanda benzin bahalaşdı – QİYMƏT + FOTO
Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, artıq yanacaqdoldurma məntəqələrində “Aİ-95 Premium” və “Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub.
Belə ki, “Aİ-95 Premium” markalı benzinin yeni qiyməti 1,15 AZN və “Super Aİ-98” markalı benzinin isə 1,20 AZN müəyyənləşib.
Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
Qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.
A.M.
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...