Qəzalı evlərdə yaşayanlara – MÜJDƏ
Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan obyektlərdə kompakt məskunlaşmış məcburi köçkünlərin bu il ilkin mərhələdə bir hissəsinin köçürülməsi nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərtac-ın sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, ilk olaraq Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binada hər an uçma təhlükəsinin olduğu nəzərə alınaraq, həmin obyektlərdə məskunlaşmış 260 məcburi köçkün ailəsinin köçürülməsi üçün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasınin tikilməsi nəzərdə tutulub.
Artıq layihələndirmə işlərinə başlanılıb.
A.M.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...