Azərbaycanda ŞOK:Nazir ölkədən qaçdı - SON DƏQİQƏ
Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbov kadr islahatlarına başlayıb. Hurriyyet.org xəbər verir ki, V.Talıbov iki nazir müavinini vəzifəsindən azad edib.
Qeyd edək ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Naxçıvan fövqəladə hallar nazirinin müavini Nurlan Həsənov və Naxçıvan vergilər nazirinin müavini Nurlan Əliyev vəzifələrindən azad ediliblər.
Bu haqda Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, Vasif Talıbovun bu addımını son vaxtlar Azərbaycan prezidenti İlham Əliyevin apardığı kadr islahatlarının tərkib hissəsi hesab etmək olar. Odur ki, Naxçıvan MR-də də islahatların davamlı olacağı istisna olunmur.
Mənbə onu da dedi ki, əslində Naxçıvanda aparılan islahatlar çərçivəsində bır sıra məmurların nəinki vəzifədən azad olunması, hətta həbs edilməsi də gözləniləndir. Onun sözlərinə görə, bu səbəbdən artıq bir sıra məmurlar “çamodan” əhval-ruhiyyəsindədir.
Hətta mənbə iddia edir ki, bu günlərdə Naxçıvan MR-də yüksək vəzifə tutan məmurlardan biri həbs olunacağını hiss edərək ölkədən qaçıb. Onun nazir vəzifəsi daşıdığı bildirilir. Məlumata əsasən, artıq bir neçə gündür ki, həmin nazirin vəzifəsini müavini icra edir...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...