“Azəriqaz”: Qaz sərfiyyatı artıb

10:36 01-02-2017 | icon 6203
“Azəriqaz”: Qaz sərfiyyatı artıb

“Ölkədə qarlı və şaxtalı hava şəraiti ilə bağlı heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımi alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.

İ.Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: “Bu gün ötən günə nisbətdə qaz sərfiyyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca, təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”.

A.M.


Digər xəbərlər

0.28568601608276