Rasim Musayevin oğlu ilə bağlı açıqlama

11:20 01-02-2017 | icon 5804
Rasim Musayevin oğlu ilə bağlı açıqlama

Mətbuatda mərhum general Rasim Musayevin oğlu Tərlan Musayevin Xalq artisti Firuz Əliyevin qızı ilə evlənməsi barədə xəbər dərc olunub.

Oxu.Az xəbər verir ki, R.Musayevin qardaşı Oqtay Musayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib. O.Musayev deyib ki, hətta generalın oğlunun adı da səhv yazılıb:

“Generalın bir oğlu var, onun adı Tərlan yox, İslamdır. Binəqədi Rayon Polis İdarəsində də işləmir. İslam Musayev Polis Akademiyasının 4-cü kurs tələbəsidir. Onun hələ 20 yaşı var, 10-cu sinifdən akademiyaya qəbul olub. Evlənmək söhbəti, ümumiyyətlə, yalandır, İslamın hələ belə bir fikri yoxdur”.

A.S.


Digər xəbərlər

0.30587410926819