Mərkəzi Bank 150 milyonluq hərraca start verir

12:17 01-02-2017 | icon 4751
Mərkəzi Bank 150 milyonluq hərraca start verir

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 3-də depozit hərracı keçirəcək. 

Bu barədə Oxu.Az-a AMB-dən məlumat verilib.

“Mərkəzi Bank fevralın 3-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.

Xatırladaq ki, yanvarın 30-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 241,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,60% təşkil etmişdi.

Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb. 

U.A.


Digər xəbərlər

0.24143600463867