Bakıda gecə saatlarında gizli görüşən sevgililərin – DƏHŞƏTLİ SONU + YENİLƏNİB
Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən binanın qarajında 21 yaşlı sevgilisi Elşən Əhmədovla birgə meyiti tapılan Aysu İsmayılova evli olub.
Araşdırmlar zamanı məlum olub ki, 21 yaşlı Aysunun rəsmi nikahdan bir körpə övladı da var.
Bildirilir ki, cütlük Aysu ailə qurmazdan əvvəl bir-birini tanıyırmış. Onların meyitlərinin necə tapılmasına gəlincə, 21 yaşlı oğlanın anası onun evə gəlməməsindən narahat olub. Daha sonra maşının qarajda olub-olmadığını öyrənmək üçün binanın qarşısına gedib. Bu zaman qadın dəhşətli mənzərənin - oğlu ilə sevgilisinin maşında öldüyünün şahidi olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
24.06.2017 (13:46)
Bakıda gənc sevgililərin meyiti tapılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində - metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən binanın həyətindəki qarajda baş verib.
Gecə saatlarında qarajda gizli görüşən 21 yaşlı Elşən Əhmədovla Aysu İsmayılovanın (adlar şərtidir) meyiti “Toyota Land Cruiser” markalı avtomobilin salonunda tapılıb. Onların hər ikisinin dəm qazından boğulduğu məlum olub.
Bildirilir ki, ölən gənclər sevgili olub. Faktla bağlı araşdırma aparılır.
S.B.
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...