Ramil Usubovun təyin etdiyi yeni rəis kimdir? – DOSYE

13:20 01-02-2017 | icon 8054
Ramil Usubovun təyin etdiyi yeni rəis kimdir? – DOSYE

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yenicə rəis təyin olunan, polis polkovniki Heydərov Heydər Teyyub oğlu 1959-cu ildə anadan olub.

Oxu.Az olke.az saytına istinadən xəbər verir ki, Heydər Heydərov 1983-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1986-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışıb.

2017-ci il yanvarın 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Ailəlidir, iki övladı var.

A.M.


Digər xəbərlər

0.23653388023376