“Qafqaz” Universitetinin rektoru nazirliyə çağırıldı
Ötən gün Təhsil Nazirliyində “Qafqaz” Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a fəaliyyəti dayandırılan “Qafqaz” Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza bildirib.
Onun sözlərinə görə, görüşün əsas məqsədi ali təhsil müəssisəsinin müəllimlərinin gələcək fəaliyyəti, akademik təcrübələri ilə bağlı sualları Təhsil Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırmaq olub.
Görüşdə qeyd olunub ki, “Qafqaz” Universitetinin Ləğvetmə Komissiyası öz fəaliyyətini Təhsil Nazirliyinin işçi qrupu ilə əlaqələndirmiş şəkildə qurur və aidiyyatı suallar proses başa çatana qədər cavablandırılacaq. On gün ərzində komissiya universitetin tələbə və müəllim heyəti ilə bağlı qərar verəcək.
R.Rza qeyd edib ki, ilk növbədə tələbələrinin təhsillərini optimal şəkildə davam etdirmələri üçün bütün şərait təmin ediləcək.
Qeyd edək ki, “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.
S.B.
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...