“Azərişıq”dan qarlı hava ilə bağlı açıqlama
“Son günlər hava şəraitinin kəskin dəyişməsi, qar-çovğunlu keçməsi istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib”.
Oxu.Az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, qış mövsümünə hazırlıq məqsədilə irimiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib:
“Rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunub.
Görülmüş tədbirlər nəticəsində, belə qarlı havalarda on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını vaxtlı-vaxtında ödəyirik”.
U.A.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...