Millət vəkili: Tələbələr təhsil haqqını ödəyə bilmirlər

15:06 01-02-2017 | icon 6507
Millət vəkili: Tələbələr təhsil haqqını ödəyə bilmirlər

Millət vəkili Əflatun Amaşov tələbələrin təhsil haqqının ödənilməsi məsələsində yaşadığı çətinliklərdən danışıb.

Oxu.Az Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə tələbələr ona müraciət edib: 

“Bildirirlər ki, təhsil haqqını ödəyə bilmədiyinə görə təhsillərini davam etdirə bilmirlər. Çünki universitetlərdən onlardan təhsil haqqını birdəfəlik ödəməli olduqlarını deyirlər. 

Bu hal həm özəl, həm də dövlət ali təhsil müəssisələrində müşahidə olunur. Təklif edirəm ki, tələbələrin, onların ailələrinin vəziyyəti nəzərə alınsın. Onlar təhsil haqqını hissə-hissə ödəsinlər. “Təhsil haqqında” qanunda bu məsələ nəzərə alınmalıdır”.

E.Ə.


Digər xəbərlər

0.22796392440796