Beynəlxalq Bankdan kredit almış 219 şəxsin materialları DİN-ə göndərilib

15:22 01-02-2017 | icon 6790
Beynəlxalq Bankdan kredit almış 219 şəxsin materialları DİN-ə göndərilib

Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən, Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu günə kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.
 
U.A.


Digər xəbərlər

0.30936694145203