Bakıda keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxılıb

15:31 01-02-2017 | icon 6983
Bakıda keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxılıb

Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsini buz bağladığından o sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb. T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.

A.M.


Digər xəbərlər

0.26150703430176