Bu gün bəzi banklar dolları ucuzlaşdırıb – YENİLƏNİB
Banklarda dolların ucuzlaşması davam edir.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, günortadan sonra səhər saatları ilə müqayisədə 1 dolların satış qiymətini “Kapital Bank” 1,95 manatdan 1,94 manata, “AccessBank” 1,9740 manatdan 1,9580 manata, “MuğanBank” 1,9550 manatdan 1,95 manata endirib.
Xəbər verdiyimiz kimi, bu gün səhər dünən ilə müqayisədə 1 dolların satış qiymətini “AmrahBank” 1,96 manatdan 1,9450 manata, “Bank of Baku” 1,97 manatdan 1,95 manata, “Bank BTB” 1,97 manatdan 1,9550 manata, “Caspian Development Bank” (CDB) 1,9930 manatdan 1,97 manata, “Yapı Kredi Bank” Azərbaycan 1,9640 manatdan 1,9550 manata, “AGBank” 1,97 manatdan 1,9650 manata, “Muğanbank” 1,9750 manatdan 1,9550 manata, “Expressbank” 1,96 manatdan 1,9480 manata endirmişdi.
11:47
Bu gün də banklarda dolların ucuzlaşması müşahidə olunur.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, dünən 1 dolları 1,96 manata satan “Amrahbank” bu gün məzənnəni 1,9450 manata salıb.
Dünən ilə müqayisədə 1 dolların satış qiymətini “Bank of Baku” 1,97 manatdan 1,95 manata, “Bank BTB” 1,97 manatdan 1,9550 manata, “Caspian Development Bank” (CDB) 1,9930 manatdan 1,97 manata, “Yapı Kredi Bank” Azərbaycan 1,9640 manatdan 1,9550 manata, “AGBank” 1,97 manatdan 1,9650 manata, “Muğanbank” 1,9750 manatdan 1,9550 manata endirib.
Bəzi banklarda isə dolların satış qiyməti 1,99 manatı keçib.
Qeyd edək ki, dünən hərracda ABŞ dolları manata qarşı cüzi bahalaşsa da, banklar dolları ucuzlaşdırmışdılar.
U.A.
-
Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"
...
-
Metrostansiyaların sayı artırılacaq
...
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...