Nazirdən küçədə qalan kimsəsizlərlə bağlı göstəriş

15:45 01-02-2017 | icon 6784
Nazirdən küçədə qalan kimsəsizlərlə bağlı göstəriş

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda ahıl və kimsəsiz şəxslərlə bağlı əmr imzalayıb.

Oxu.Az bakipost.az-a istinadən xəbər verir ki, əmrə əsasən, havaların soyuq keçməsi ilə əlaqədar yaşayış yeri olmayan kimsəsiz şəxslər təcili tibbi yardım xidməti tərəfindən təyin edilən birləşmiş şəhər xəstəxanalarına çatdırılır və orada yerləşdirilir.

Nazirlikdən bildirilib ki, onlara zəruri tibbi yardım, qida və müvafiq geyim təqdim edilir. Məlumata görə, soyuq hava şəraiti davam etdikcə, kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.

A.M.


Digər xəbərlər

0.25164318084717