Bir qrup polisin pensiya yaşı artırıldı
Azərbaycanda polis kiçik serjantının, polis baş serjantının xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda xidmət müddəti başa çatdıqdan sonra daha 5 il artırıla bilər.
Oxu.Az-ın “Report”a istinadən xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsi müzakirə olunub.
İndiyədək, xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan yalnız orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilərdi.
Dəyişiklik layihəsinə əsasən, bu qayda kiçik (siyahısı mübafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) rəis heyəti vəzifəsində işləyən əməkdaşlara da aid ediləcək.
Qeyd edək ki, orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar 55 yaşına qədər, sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar isə 50 yaşına qədər xidmətdə ola bilərlər.
Layihədə bildirilib ki, bu dəyişiklik Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılmasını nəzərdə tutan siyahını, qənaət etmək məqsədilə genişləndirilməsi təklif olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
U.A.
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...