SOCAR-ın satdığı xam neft 70-80% bahalaşıb
Dövlət Neft Şirkəti (SOCAR) yanvar ayı üçün dünya bazarında xam neftin qiymətlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan APA-ya verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 54,67 dollara, Urals nefti 53,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 55,14 dollara satılıb.
Qeyd edək ki, dekabrda dünya bazarında Brent tipli xam neftin 1 bareli 53,60 dollara, Urals nefti 52,69 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 54,92 dollara satılıb. Beləliklə, ay ərzində Brent tipli neftin qiyməti 2%, Urals neftinin qiyməti 1,84%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 0,4% artıb.
Ötən ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 30,70 dollara, Urals nefti 29,58 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 32,33 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 78,1%, Urals neftinin qiyməti 81,4%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 70,55% artıb.
U.A.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...