Bakı bulvarında Şahdağ mənzərələri: Xizək sürdülər – VİDEO

18:51 01-02-2017 | icon 7141
Bakı bulvarında Şahdağ mənzərələri: Xizək sürdülər – VİDEO

Dənizkənarı Milli Parkda maraqlı görüntülər lentə alınıb.

Oxu.Az xəbər verir ki, bir qrup şəxs qarlı hava şəraitinin olmasından istifadə edərək bulvarda əyləniblər.

Onlar bulvarda xizək sürərək ətrafda olanları təəccübləndiriblər. Bu günə qədər bulvarda xizək sürülməsini görməyən şəxslər, idmançıların addımını gülərüz qarşılayıblar.

Görüntüləri lentə alan şəxs onu da bildirib ki, xizək sürən şəxslər xarici ölkə vətəndaşlarıdır.

Qeyd edək ki, iki gündür Bakıda qarlı hava müşahidə edilir. Qar örtüyünün hündürlüyü Bakıda 23, Sarıbaşda (Qax) 69, Ağdərədə 70, Naxçıvanda 32, Tovuzda 30 sm olub. 

Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib. Qarlı hava şəraiti sabah da davam edəcək. Havanın temperaturu Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. 

Elvin Əhmədov
VİDEO: Cavid Əsədli


Digər xəbərlər

0.31794786453247