Süni uşaq qidaları reklamlarının yaratdığı fəsad
Süni uşaq qidalarının geniş şəkildə reklam olunması ana südündən istifadəni məhdudlaşdırır.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.
M. Quliyev bildirib ki, bu baxımdan Azərbaycanda süni uşaq qidalarının reklamına qoyulan məhdudiyyətlər məqsədəuyğundur:
“Süni uşaq qidaları nə qədər keyfiyyətli olsa, tərkibi nə qədər mükəmməl olsa da, ana südünü əvəz etmir. Ona görə də dünyanın bütün ölkələrində süni uşaq qidalarının reklamına müəyyən məhdudiyyətlər qoyulur. Bu məsələ bizim qanunvericilikdə öz əksini tapıb. Digər tərəfdən bu reklamın mətni müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır. Yəni şirkət istədiyi şəkildə reklam edə bilməz. Çünki bu bütövlükdə uşaqların ana südü ilə qidalanmasına təsir göstərir. Ona görə də məhdudiyyət qoyulur”.
Qeyd edək ki, Azərbaycanda həm “Reklam haqqında” qanuna, həm də “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanuna əsasən, süni qida məhsullarının reklamına müəyyən məhdudiyyətlər qoyulur.
A.M.
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...