Ödənilməyən cərimələr maaşdan tutulacaq – VİDEO

10:14 02-02-2017 | icon 6517
Ödənilməyən cərimələr maaşdan tutulacaq – VİDEO

Ödənilməyən piyada cərimələri işləyənlərin maaşlarından, tələbələrin isə təqaüdündən tutulacaq. Bununla da yol hərəkəti qaydalarını pozduğu halda cəriməni ödəməkdən yayınan piyadalara qarşı tədbirlər sərtləşdiriləcək.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir.

Onlardan cərimələri toplamaq üçün bir sıra üsullara əl atılacaq. O bildirib ki, işləyənlərin əməkhaqları ilə yanaşı, cəriməsini ödəməyən tələbələrin təqaüdlərindən çıxılması üçün universitetlərə müraciət ediləcək. Cərimələrin bu üsullarla toplanılmasında məqsəd piyadalarda formalaşan arxayınçılıq düşüncələrini aradan qaldırmaqdır. Tərtib edilən protokollara görə cərimələri ödəməyən piyadaların statistikası vəziyyətin ürəkaçan olmamasından xəbər verir.

Baş verən qəzalar da piyadaların əksəriyyətinin təyin edilməyən yerlərdən keçdiklərini sübut edir. Yanvar ayının 27-dən indiyədək 6 nəfərin xəsarət alması və 2 nəfərin ölməsi ilə nəticələnən qəzalar baş verib. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir.

A.M.


Digər xəbərlər

0.28775095939636