Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

14:22 22-01-2017 | icon 6278
Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

Heydərabaddan (Hindistan) Moskvaya uçan “Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.

Oxu.Az Virtual Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata əsasən, fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.

Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.

A.M.


Digər xəbərlər

0.2606189250946