Pensiyalar nə zaman veriləcək?

14:46 10-07-2017 | icon 509
Pensiyalar nə zaman veriləcək?
loading...

Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsi prosesi gecikir. 

Oxu.Az-ın məlumatına görə, artıq ayın 10-dur  və maliyyələşmədən xəbər yoxdur. Müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən bildirildi ki, maliyyələşmənin nə zaman baş tutacağı məlum deyil: “Vəsaitlər hələ hesabalara köçürülməyib. Nə zaman köçürüləcəyini də bilmirik”.

Qeyd edək ki, Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsi ötən ayın 13-ü tarixində baş tutmuşdu. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin münasibətini öyrənməyə çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı.  

Nəzərə çatdıraq ki, uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Belə ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.

Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.

L.Ə.

 


Digər xəbərlər

0.21814703941345