"İstanbul cup": "MKT Araz" ikinci oldu
Türkiyənin İstanbul şəhərində çimərlik futbolu üzrə ənənəvi "İstanbul Cup" turniri keçirilib. 3 gün davam edən turnirdə 4 komanda dairəvi sistemdə yarışıb. Yarışda ölkəmizi İmişlinin "MKT Araz" klubu təmsil edib. Komandamız meydan sahibləri "Manavqat"la yanaşı Batumi "Dinamo"su və Rumuniya "Astra"sı ilə qarşılaşıb.
Azeripress.az xəbər verir ki, ilk oyunda "Dinamo"nu 8-7 hesabı ilə məğlub edən təmsilçimiz, ikinci oyunda yerli "Manavqat"a məğlub olub, 5-3. İmişli təmsilçisi son oyunda "Astra" üzərində 12-7 hesabı ilə qələbə qazanaraq turniri 2-ci yerdə bitirib.
Turnirdə daha bir uğurlu nəticəyə komandamızın oyunçusu Samir Babayev imza atıb. O, 15 qolla turnirin bombardiri olmaqla yanaşı həmdə ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, "İstanbul Cup" turnirinin baş hakimi həmyerlimiz, çimərlik futbolu üzrə FİFA dərəcəli hakim Əfqan Həmzəyev olub.
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...