Saatlının “Boz kardinalı” – YAP sədri büdcə təşkilatlarından pul toplayır

15:42 02-02-2017 | icon 1546
Saatlının “Boz kardinalı” – YAP sədri büdcə təşkilatlarından pul toplayır
loading...

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonu başlı - başına buraxıb. 

YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev isə büdcə təşkilatlarından, həmçinin rayonda fəaliyyət göstərən təsərrüfat tipli müəssisələrdən «aylıq» toplayır.

 Bu barədə redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, icra başçısı Siraqəddin Cabbarov rayonda çox az olduğundan, rayonu əsasən başçının birinci müavini İlham Quliyev və YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev müştərək şəkildə idarə edirlər. Məlumatda qeyd olunur ki, 2016-cı il ərzində Siraqəddin Cabbarov rayon sakinləri ilə ancaq 4 dəfə görüşüb. Digər səyyar görüşləri isə İlham Quliyevlə Lütvəli Şıxəliyev həyata keçirib.

 Verilən məlumata görə, rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı və Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri olan Lütvəli Şıxəliyevin icra başçısı Siraqəddin Cababrovun ona verdiyi bəzi səlahiyyətlərdən istifadə edərək büdcə təşkilat rəhbərlərindən özü üçün aylıq hesab yığır.

 Mənbə bildirir ki, əslində Siraqəddin Cabbarovun Lütvəli Şıxəliyevə bəzi səlaiyyətlər verməsinin əsas səbəbkarı başçının birinci mavini İlham Quliyevdir. Belə ki, İlham Quliyev Lütvəli Şıxəliyevdən istifadə edərək büdcə təşkilatlarını nəzarətində saxlmaqla bərabər həm də rayonda başçı qədər söz sahibinə çevrilib. Lütvəli Şıxəliyevin Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatına sədr gətirilməsi də İlham Quliyevin planlarının bir parçası olub. Məhz Lütvəli Şıxəliyev YAP rayon təşkilatının rəhbəri və başçının birinci müavinin ortaqlarından biri olduğu üçün büdcə təşkilat müdirlərindən hər ay təyin olunmuş məbləğdə «aylıq» alır. Məbləğin təyin olunması isə YAP sədri ilə büdcə təşkilatının rəhbəri arasındakı razllaşmada müəyyən edilib.

 Daxil olan həmin siyahını təqdim edirik:

 İddiaya görə Lütvəli Şıxəliyev Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkimindən 400 manat;

 Saatlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdirindən 300 manat;

 Kommunal Müəssisələri Kombinatının rəisindən 150 manat;

 Rayon Baytarlıq İdarəsinin rəisindən 200 manat;

 Suvarma Sistemlari İdarasi müdirindən 300 manat;

 Meliorasiay idarəsinin müdirindən - 200 manat;

 Saatlı ƏSMM müdiridən 200 manat;

 Saatlı Əmək və Məşğulluq Mərkəzinin müdirindən 100 manat «aylıq»alır.

 Bundan başqa rayon Yol İstismar İdarəsinin müdiri və bir neçə kənd icra nümayəndələridə Lütvəli  Şıxəliyevə «aylıq» verdiyi iddia olunur. Mənbə bildirirki, siyahıda əvəvlər bir neçə böyük məktəbin direktoruda olub. Lakin Lütvəli Şıxıyevlə Təhsil Şöbəsinin müdiri arasında problem yaranıb və TŞ-nin müdürü verilən aylığın qarşısını alıb.

 Ümumilikdə YAP Saatlı rayon təşkilatı sədrinin büdcə təşkilatlarında ayda 2500 manat hesab yığdığı iddia olunur.

 

P.S. Qeyd edək ki, redakiyamıza YAP sədri ilə bağlı daha ilginc və maraqlı məlumatlar da daxil olub. Həmin məlumatlarda Lütvəli müəllimin 1990-cı ilin 20 yanvar faciəsinin fövqündə hakimiyyətə gəlmiş və Azərbaycan KPMK-nın I katibi təyin edilmiş Ayaz Mütəllibovu cani-dildən müdafiə etməsi, Həmin dövrlərdə MK-ya Heydər Əliyevin Bakıya buraxılması üçün vurulan teleqramların əksər hissəsinin onun tərəfindən təşkil olunması, rayonun "Dönüş” qəzetində ki, çıxışları, Bakıya buraxılamayan Heydər Əliyevin portretini təpiklə vuraraq hörmətsiz ifadələr işlətməsi və doğma qardaşının hansı səbəbdən ölkədən qaçıb Almaniyada siyasi sığınacaq alması da yer alır.

 Bütün bu məlumatlar geniş araşdırma tələb etdiyindən, mövzunu gələn yazılarımızda davam etdirəcəyik…

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər

0.25079798698425