Şəmkirdə qadınlar arasında dava olub

17:38 22-01-2017 | icon 9722
Şəmkirdə qadınlar arasında dava olub

Şəmkirdə 51 yaşlı qadın döyülüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Seyfəli kənd sakini 1966-cı il təvəllüdlü Məleykə Hüseynova müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

M. Hüseynovaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın başqa qadınla dava zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A.M.


Digər xəbərlər

0.37950706481934