Soyuqdəymədən qorunmaq üçün ən etibarlı üsul
Alimlər soyuqdəymədən qorunmaq üçün soyuq fəsillərdə ən azı 7 saat yatmağı tövsiyə edirlər.
Oxu.Az Saglamolun.az-a istinadən xəbər verir ki, bu sadə məsləhət immun sisteminin xeyli aktivləşməsinə və orqanizmin viris və infeksiyalara qarşı davamlılığının artmasına kömək edəcək.
Alimlər 150 sağlam insan iştirakı ilə eksperiment aparıblar. Eksperiment zamanı insanların yuxu müddəti və viruslara olan davamlılığı müqayisə edilirdi. Nəticədə məlum olub ki, gecə yuxusu 7 saat və bundan çox olan insanlar gecə yuxusu az olan insanlarla müqayisədə 5 dəfə az hallarda soyuqdəymə və qripp xəstəliyinə tutulur.
Araşdırma növbəti dəfə normal gecə yuxusunun insan sağlamlığı üçün vacibliyini təsdiq edib. Bundan əvvəl aparılmış araşdırmalar normal gecə yuxusunun yaddaşın möhkəmlənməsi, ürək-damar və xərçəng xəstəliklərindən qorunmasında böyük rolunu təsdiq edib. Alimlərin fikrinə görə, böyüklər üçün normal gecə yuxusu 6-8 saat olmalıdır.
A.M.
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...