Manatın xarici valyutalara qarşı məzənnəsi

11:17 23-01-2017 | icon 6982
Manatın xarici valyutalara qarşı məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 23-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 19-u ilə müqayisədə dəyişməyərək 1,8311 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9483 manatdan 1,9659 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0308 manatdan 0,0307 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4811 manatdan 0,4871 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2482 manatdan 2,2728 manatadək artıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6879 manatdan 0,6864 manatadək azalıb.

U.A.


Digər xəbərlər

0.29129409790039