101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri – VİDEO

18:13 03-02-2017 | icon 8149
101 yaşlı azərbaycanlı nənənin uzunömürlülük sirri – VİDEO

101 yaşlı Fənar Quluyeva görənləri təəccübləndirib.

Oxu.Az “ARB 24”ə istinadən xəbər verir ki, yaşlı qadının bir əsr yaşı olsa da, nə həkimə gedib, nə də dərman qəbul edib. 

O, uzunömürlülüyünün sirrini bölüşüb:

“25 nəvəm var. Oğlanlarım, gəlinlərim mənə yaxşı baxıblar. Ona görə də nə xəstələnmişəm, nə də dərmandan istifadə etmişəm. Gözüm də görür. Corab toxuyuram, jaket hörürəm. Eynəkdən də istifadə etmirəm.

Gənclərə deyirəm ki, çörək yeməsinlər. Çörək adamın ömrünü qısaldır. Az yemək yeyirəm və o, məni saxlayır. Təzyiqim yoxdur”.

F.Quluyeva Kəlbəcər rayonunda doğulub, böyüyüb. 9 övladı, 25 nəvəsi, 29 nəticəsi və 3 kötücəsi var.

A.S.


Digər xəbərlər

0.23854899406433