Rüstəm Xəlilov atasına heykəl qoyulması məsələsinə aydınlıq gətirdi - ÖZƏL AÇIQLAMA

10:22 19-08-2017 | icon 6804
Rüstəm Xəlilov atasına heykəl qoyulması məsələsinə aydınlıq gətirdi - ÖZƏL AÇIQLAMA

Dünəndən bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilən Rüstəm Xəlilovun öz atasına heykəl qoydurması barədə məlumatlar yayılıb. Məsələyə aydınlıq gətirmək üçün Rüstəm Xəlilovla əlaqə saxladıq. 

Millət Vəkili Azeripress.az-a qısa açıqlamasında büstün hələ 80-ci illərdə qoyulduğunu bildirdi. 

"Əvvəla qeyd edim ki, şəkildə də aydın görünür ki, bu heykəl yox büstdü. Atam Gülabba Xəlilov uzun illər "Jdanov" kolxozunda sədr işləyib. O, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub. Buna görə də o dövrün siyasi rəhbərliyi tərəfindən 80-ci illərdə atama belə bir büst qoyulub."


Digər xəbərlər

0.28580689430237