FHN İmişlidə baş vermiş yanğınla bağlı məlumat yaydı

11:17 23-01-2017 | icon 6781
FHN İmişlidə baş vermiş yanğınla bağlı məlumat yaydı

Bu gün səhər İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.M.


Digər xəbərlər

0.25554704666138