Həyətindəki 8 ceyranı könüllü olaraq nazirliyə verdi – VİDEO
Əslən Laçından olub Bakıda yaşayan Təvəkkül Hüseynova 2007-ci ildə 3 aylıq 2 baş çeyran hədiyyə olunub. Ceyranlara diqqət və qayğısını əsirgəməyib, həyətyanı sahəsində saxlamaqla 10 il müddətində 8 başa çatdırıb. Sonra ceyranları vəhşi təbiətə buraxmaq qərarına gəlib və aidiyyəti qurumlara müraciət edib.
Oxu.Az xezerxeber.az-a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Salyan Polis Şöbəsinin əməkdaşları ilə birgə 8 baş ceyranı təhvil alıblar. Ceyranlar müayinədən keçirilərək adaptasiya üçün bir neçə gün saxlanılıb. Daha sonra isə onlar vəhşi təbiətə buraxılıb.
Bu gün isə nazirliyin nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkında adaptasiya dövrü keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə köçürülməsi prosesinə başlanılıb. Hazırda Şirvan Milli Parkında 7 min başdan çox ceyran saxlanılır.
A.S.
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...