Bakıda binanın damında meyit tapılıb

10:54 05-02-2017 | icon 5285
Bakıda binanın damında meyit tapılıb

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin beşmərtəbəli binanın damına çıxaraq partlamış su borusunu təmir etmək istəyərkən ürək tutmasından vəfat etməsi barədə məlumat daxil olub.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq 1938-ci il təvəllüdlü Əzimov Hüseyn Səməd oğlunun cəsədini binanın damından endirərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 01:03-də başa çatıb.

A.M.


Digər xəbərlər

0.27563905715942