Sələmçilər şəbəkəsi müstəqil mətbuata “müharibə” elan etdi – VİDEOLAR

11:41 05-02-2017 | icon 1293
Sələmçilər şəbəkəsi müstəqil mətbuata “müharibə” elan etdi – VİDEOLAR
loading...

Qafqaznews.az saytında bundan əvvəl də sələmçi qadın FatmaMəhəmməd qızı Yolçiyeva barəsində bir neçə yazı dərc olunmuşdu. Həmin yazılarda qeyd olunurdu ki, Fatma Yolçiyevaadlı qadın Nadir Zeynalov və Sudef Məcidov adlı vətəndaşlarasələmə pul verərək, onların obyektlərini mənimsəyib. Xatırladaq ki, biz apardığımız araşdırmalar zamanı faktlar əsasında hərəkət etmişik. O faktlara F.Yolçiyevanın və onunla əlbir olan İradə Vəliyevanın etirafları ilə dolu videoyazılar da daxildir. Həmin videolarda vətəndaşlara sələm verilməsi etiraf olunur ki, bu videolardan sonra artıq böhtan deyil, cinayətin ifşasından söz gedə bilər.

Qeyd edək ki, F.YolçiIMG_1542-1-2-1yevanın Nadir Zeynalovla söhbətinin də videogörüntüləri bizdə var və yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik. Bu gün istər mətbuatın, istərsə də hüquq mühafizə orqanlarının borcu vətəndaşları müflisləşdirən, sələm fırıldağına salan qruplara qarşı mübarizə aparmaq olsa da, bəzi həmkarlarımız belələrini müdafiə edir, “şantaj olunan iş adamı” kimi qələmə verir. İyunun 1-də bəzi mətbu orqanlarda “İş adamı şantajla üzləşib” başlıqlı y13348916_1000601160006126_1156832624_nazı dərc olunub. Həmin yazıda F.Yolçiyeva “bəzi KİV-lər tərəfindən böhtanla üzləşən və şantaj olunan məsum iş adamı” kimi təqdim olunur. Həmçinin, Sudef Məcidov da “dələduz” kimi qələmə verilir. Və həmkarlarımızın heç bir əsas olmadan bizi böhtanda günahlandırması jurnalist etikasına sığmır.

Qeyd edək ki, Fatma Yolçiyevanın əməlləri barədə araşdırma yazıları ilk olaraq Qafqaz Xəbər Agentliyinin saytlarında, məhz  şikayətçilərin müraciəti əsasında dərc olunub. Ruslar demişkən, “niçeqo liçnoqo” (şəxsi heç nə yoxdur). Biz faktlar əsasında hərəkət etmişik. Maraqlıdır, görəsən, həmin saytların rəhbərliyi və ya sözügedən məqalənin müəllifləri nəyə əsasən, F.Yolçiyeva barəsindəki məqalələri və təqdim etdiyimiz videoyazıları böhtan hesab edir? F.Yolçiyevanın nəzərinə çatdırmaq istərdik ki, onun sələm oyununa saldığı şəxs sadəcə Sudef Məcidov deyil. Mərhum Ələsgər Ömərovun da adını xatırlatmaq yerinə düşər… Bu günlərdə bizə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib və obyektinin sələm fırıldağı ilə ələ keçirildiyini bildirib. Qeyd edək ki, bu yaxınlarda Nadir Zeynalovla Fatma Yolçiyeva arasındakı söhbətin videoyazısı saytımızda oxuculara təqdim olunacaq. O, Fatma Yolçiyeva adlı sələmçi qadının çevirdiyi fırıldağın qurbanı olduğunu bildirib. Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi.13250497_993344894065086_660537489_n-2-1-1-1-1

IMG_1596-1“2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ,15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma girov adı ilə aldadaraq ələ keçirdi. 2011-ci ilin sonunda Fatma Yolçiyeva məni 9 saylı notariat kontoruna apardı, alqı-satqı sənədləri imzalatdıraraq bildirdi ki, “biz alqı-satqı etsək də, əslində bu girovdur, borcu qaytaranda mağazanı da qaytaracam”. F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Mən F.Yolçiyevaya 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçiyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min pul vermişəm”, – deyə S.Məcidov qeyd edib.

13342240_1000601153339460_519372_nO, 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olunduğunu və həbsdə olduğu vaxta Fatmaya pul ödəməyə imkanı çatmadığını deyib.

“F.Yolçiyeva bu müddətdə mənim obyektimi tam ələ keçirərək, başqalarına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min manat qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum. Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. Fatma Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən hiddətlə soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Konstitusiya Məhkəməsinə 50 min, Plenuma 50 min və digər instansiyalara rüşvət verdiyini dedi.”, – deyə S.Məcidov əlavə edib.İsmayıl_Ömərov

Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçiy13318535_999079093491666_1312516590_n-kopiya-1-300x277eva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Həmçinin, Fatma Yolçiyeva bu obyekti əlində saxlamaq üçün müxtəlif instansiyalara, o cümlədən Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə rüşvət verib. Xatırladaq ki, bu günlərdə Sudef Məcidov yenidən Qafqaznews.az-a müraciət edərək, yeni videogörüntülər təqdim etmişdi.

Həmin videoda İradə Vəliyeva vasitəçilik etdiyini və bu sələmdən “komisyon haqqı” götürdüyünü etiraf edərək, F.Yolçiyevanın sələmə saldığı şəxslər içində sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da adını çəkib. Fatma Yolçiyeva və İradə Vəliyevanın Sudef Məcidovla söhbətlərinin videolarını oxuculara təkrarən təqdim edirik. Sələmçilər şəbəkəsi haqqında araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az

 

 


Digər xəbərlər

0.18249177932739