1 saylı Bakı Tibb Kollecinin səmərəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir

11:50 06-02-2017 | icon 6489
1 saylı Bakı Tibb Kollecinin səmərəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir

Son illər dövlət diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil yüksək inkişaf dövrünü yaşayır.

Uğurlu təhsil strategiyası, islahatlar, qəbul edilmiş proqram,qərar və sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, nailiyyətlər qazanılmasında həlledici rol oynayıb.

Görülmüş tədbirlər nəticəsində milli təhsilimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, müasir tələblər səviyyəsində yenidən qurulub, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb.

Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin
genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə orta ixtisas müəssisələrinin fəaliyyət göstərməsi də xüsusi önəm daşıyıb.

1 saylı Bakı Tibb Kolleci də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Adıçəkilən təhsil müəssisəsinin direktoru, Nəriman müəllim Mövsümovun dediklərinə görə,kollec uzun illər bölgənin, bütövlükdə regionun ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil ocağı kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl tibbi kollektivlərindən birinə çevrilib. Ötən son bir il ərzində kollecin fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Səhiyyə Nazirliyinin və rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində kollecdə əvvəllər yol verilmiş nöqsanlar aradan qaldırılıb, tədrisin keyfiyyəti xeyli yüksəlib. İlk növbədə, kollektivdə təlim-tərbiyə sahəsində şəffaflıq və obyektivlik, sağlam ab-hava yaradılıb. Direktorun dediyi kimi, tələbə- müəllim münasibətlərində qarşılıqlı inam başlıca meyara çevrilib. Kollecdə zəruri ehtiyac yarandığı təqdirdə dərslərdə və imtahanlarda valideynlərin iştirakı təmin olunur. Necə deyərlər, nəticədən müəllimlər də razı qalır, tələbələr də, valideynlər də...

Əlbəttə, bütün bunlar kollektivdə nizam-intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın
artırılması hesabına mümkün olub. Bir sözlə, indi burada hər kəs məsuliyyətlə çalışır, layiqli kadrlar hazırlanması üçün əlindən gələni əsirgəmir.

Nəriman müəllim qeyd edib ki, hazırda Hazırda Bakı 1 saylı tibb kollecinin ümumi sahəsi 3499 kv m-dir, bunun 2276 kv.m-i tədris binasına aiddir. Məktəb 3 mərtəbəli binada yerləşir. Hər bir tələbəyə düşən tədris sahəsi 1,7 kv.m-dir.

 

Kollecdə hazırda 4 şöbə fəaliyyət göstərir :

1. Tibb bacısının işi.

2. Müalicə işi.

3. Mamalıq işi.

4. Əczaçılıq.

 

Kollecin müəllimlərindən 4 nəfər elmlər namizədi, 3 nəfər isə metodist müəllimdir. Tədrisin keyfiyyətini daha da yüksəltmək üçün dərs deməyə ali məktəb müəllimləri, təcrübəli həkimlər də cəlb olunur.

 Bakı 1 saylı tyibb kollecinə Azərbaycanın bütün bölgələrindən tələbə qəbulu aparılır. Məktəbdə aşağıda adları göstərilən fənn kabinetləri, laboratoriyalar fəaliyyət göstərir.

1. Tibb bacısının işi.

2. Terapiya.

3. Pediatriya.

4. Cərrahiyyə.

5. Mamalıq və ginekologiya.

6. Yoluxucu xəstəliklər.

7. Anatomiya və fiziologiya.

8. Farmakologiya.

9. Dərman formalarının texnologiyası.

10. Farmakoqnoziya.

11. Kimya.

12. Hərbi tibbi hazırlıq.

13. İctimai elmlərin əsası.

14. Azərbaycan və rus dili ədəbiyyatı.

15. Gigiyena və epidemiologiya.

 

Tələbələrin fənnləri daha dərindən öyrənilməsi üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə, referatlar yazırlar. Bunlardan əlavə məktəbdə 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və s. yardımçı otaqlar da fəaliyyət göstərir.

Məktəbin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri, müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. İctimai iaşəni yaxşılaşdırmaq məqsədilə məktəbdə yeməkxana işləyir. Dövrün tələblərinə uyğun olaraq məktəbdə kompüterlərlə tam təmin olunmuş kompüter otağı təşkil olunmuş və beynəlxalq şəbəkəyə internete qoşulmuşdur.

Tədrisin keyfiyyətini yaxşılaşdırmaq və təkmilləşdirmək, ümumdünya standartlarına yaxınlaşdırmaq üçün dərs zamanı kompüterlərdən geniş istifadə olunur. Məktəbdə hərtərəfli təchizatlı “Heydər Əliyev” otağında “Heydər Əliyev məktəbi” dərslərinin keçirilməsi tələbələrin milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunmasında xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərini yüksəltmək üçün təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir.

Bu kimi istehsalat bazalarına ET Ağciyər Xəstəlikləri İnstitutu, ET Pediatriya İnstitutu, ET Travmatologiya və Ortopediya İnstitutu, Milli Onkologiya Mərkəzi, akademik Mir-Qasımov adına RKX, ET Mamalıq və Ginekologiya İnstitutu, M.Topçubaşov adına ET Klinik Təbabət İnstitutu, B.Eyvazov adına Hematologiya və Qanköçürmə institutu, 1 saylı KŞX, 2 saylı KŞX, 3 saylı KŞX, Respublika Doğum Evi, 1 saylı Doğum Evi, 5 saylı Doğum Evi, bir sıra şəhər poliklinikaları, aptekləri və s. göstərmək olar.

Yuxarıda adları çəkilən xəstəxanaların təcrübəli həkimləri, Tibb İnstitutunun kafedra işçiləri tələbələrimiz təcrübədə olan zaman onlara qiymətli göstərişlər və tövsiyyələr verirlər.

Kollec Respublika səhiyyəsinə çoxlu tibb kadrları vermişdir. 1949-2005-ci illər ərzində məktəbi 40000-dən artıq məzun bitirmişdir. Bu məzunların içərisində təhsillərini ali məktəblərdə davam etdirənləri də olmuşdur. Onlardan bir qismi sonradan doğma tibb məktəbinə qayıdaraq öz bilik və bacarığını gənc nəslə öyrətmiş, digər qismi isə yüksək səviyyəli, aparıcı mütəxəssis kimi səhiyyənin müxtəlif sahələrində fəaliyyət göstərmişlər.

Kollec əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Yeni tədris proqramları təhsilin ümumdünya standartlarına yaxınlaşmasına xidmət edir. Son nəticədə məqsədimizin xarici ölkə klinikalarında səmərəli fəaliyyətinə şərait yaratmaqdır. Məktəbimizin idmançıları orta ixtisas məktəbləri arasında keçirilən Respublika miqyaslı yarışlarda uğurla çıxış edərək yüksək yerlər tuturlar. Bütün bunların nəticəsidir ki, kollecin nüfuzu ilbəil yüksəlir.

Təsadüfi deyildir ki, təhsil müəssisəsində hazırda Bakı şəhəri daxil olmaqla, respublikamızın əksər bölgələrindən tələbələr təhsil alır. Eyni zamanda kolleci bitirən kadrlara hər yerdə hörmətlə yanaşılır və böyük etimad göstərilir. Məzunlar təhsil aldıqları müəssisənin adını daim layiqincə doğruldurlar.

N.Mövsümov söhbətinin davamında bildirib ki, kollecdə təlim- tərbiyə sahəsində qazanılan uğurlarda keçirilən mədəni-kütləvi tədbirlərin də təsiri böyükdür. Tarixi günlər, bayramlar, əlamətdar hadisələrlə əlaqədar təşkil olunan mərasimlər, ədəbi-bədii gecələr, konsert proqramları, konfranslar, yaradıcı insanlarla görüşlər bu baxımdan diqqəti çəkir. Hazırda kollektivdə 26 Fevral “Xocalı Soyqrımı” faciəsinin ildönümü münasibəti ilə keçiriləcək tədbirə ciddi hazırlıq görülür.


Digər xəbərlər

0.44609212875366