Azərbaycanda satılan plagiat audio-video məhsullarının miqdarı açıqlandı
2016-cı ildə görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyinin hesabatında deyilir.
Belə ki, piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşüb.
Hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb, ölkəmizdə plagiata qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər görülüb.
Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” il ərzində müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olmuş, onların qaldırdıqları problemlərin həlli istiqamətində qurumun səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülüb.
A.M.
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...