Bulvara çıxan keçiddə meyit tapıldı

11:55 06-02-2017 | icon 15785
Bulvara çıxan keçiddə meyit tapıldı

Bakıda piyada keçidində meyit tapılıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. 

Mikayıl Useynov küçəsindən bulvara keçən piyada keçidindən 40-45 yaşlı kişi meyiti tapılıb. Həmin şəxsin hansı şəraitdə vəfat etdiyi məlum deyil.

O da bildirilir ki, keçiddə meyitin olduğu barədə polisə sakinlər məlumat verib. Faktla bağlı araşdırma aparılır.

E.Ə.


Digər xəbərlər

0.24135684967041