“Nar” Novruz bayramını cəbhə bölgəsindəki əsgərlərlə qeyd edib
Nar” Novruz bayramı ərəfəsində daha bir əhəmiyyətli sosial layihəyə imza atdı. Milli önəm kəsb edən məsələləri diqqət mərkəzində saxlayan “Nar” Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinə səfər edərək Azərbaycan Ordusunun əsgərləri ilə görüş keçirdi.
Görüş zamanı hərbi hissədə xidmət edən əsgərlərə xüsusi sürpriz hazırlanmışdı. Belə ki, “Nar”-ın dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” nömrəli hərbi hissəyə gəlişi təşkil edilmişdi. Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən bu bayram sürprizi nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etdi.
Görüşdə iştirak edən “Azerfon” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov öz çıxışında milli adət və ənənələrin təşviqi, vətənpərvərlik kimi dəyərlərin “Nar” brendinin əsas amallarından olduğunu bildirib.
“Azərbaycan əsgəri bizim güvənc yerimiz, qürur mənbəyimizdir. Novruz bayramı ərəfəsində əsgərlərimizlə birlikdə olmaq bizim mənəvi borcumuzdur. Vətənin keşiyində duran qəhrəman əsgərlərimizi təbrik edir, onlara bu şərəfli yolu uğurla başa vuraraq tezliklə yaxınlarına, sevdiklərinə qovuşmalarını arzu edirəm”, - deyə cənab Axundov qeyd edib.
Tədbir zamanı xüsusi konsert proqramı təşkil edilməklə yanaşı əsgərlərə “Nar”-dan xüsusi hədiyyələr, o cümlədən, 200-dən çox kitab hədiyyə olundu.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində təşkil edilən görüşün məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramında keçirilməsi şanlı ordumuzun gecə-gündüz vətən keşiyində duran qəhrəman əsgərlərini sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyırdı.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...