Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək
Ölkəmiz bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.
Gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər.
Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir.
Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq.
Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur.
Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır.
Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.
-
İyunun 14-ü “Son zəng” çalınacaq
...
-
Məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı
...
-
Üç məktəbin direktoru vəzifədən azad edildi
...
-
Qarabağ Universitetinə rektor təyin olundu
...
-
Emin Əmrullayev Dünya Təhsil Forumunda
...
-
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
...
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...