“Zirə”yə texniki məğlubiyyət verilə bilər
“Zirə”yə texniki məğlubiyyət verilə bilər.
Topaz Premyer Liqasının IV tur qarşılaşmasında “Səbail”lə səfərdə görüşən “Zirə”nin təqdim etdiyi protokolda 1998-ci il təvəllüdlü və daha gənc bir futbolçunun adı göstərilməyib. Bu isə Əsasnaməyə ziddir.
İndi qalır AFFA-nın İntizam Komitəsinin rəsmi qərarını gözləmək. Lakin bütün hallarda, nəticə ləğv oluna və “Zirə”yə texniki məğlubiyyət verilə bilər.
Qeyd edək ki, “qartallar”ın PFL-ə təqdim etdiyi iştirak ərizəsində həmin limitə uyğun gələn - 1998-ci il təvəllüdlü yeganə futbolçu Aqşin Quluzadədir. Yay fasiləsində “Keşlə”dən cəlb olunan 20 yaşlı yarımmüdafiəçi əvvəlki 2 matçda “Zirə”nin matç üçün protokolunda olub. “98 nömrə”li formanı daşıyan Aqşin bu dəfə oyuna sifariş olunmayıb. Maraqlısı odur ki, o, 45 dəqiqə ehtiyat oyunçular skamyasında oturub. Ancaq adı matçın iştrak ərizəsinə daxil edilməyən futbolçunun necə ehtiyatda olması, bunu qarşılaşmanın hakim-inspektoru Fazil Mürşüdovun necə görməməsi qaranlıq qalır.
Daha tez məlumatlan
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...