Misir Mərdanov nöqsanlardan danışdı
Noyabrın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Nəşriyyat Şurasının iclası keçirilib.
Iclasda şuranın sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə irəliyə doğru müəyyən addımlar atılmışdır. Bu addımlardan biri də, AMEA-nın institutlarında işıq üzü görən jurnalların bugünkü vəziyyətinin araşdırılması, dünyada elmi jurnallara qoyulan tələbləri müəyyənləşdirib, ilkin müqayisəli təhlillərin aparılması və nəşrlərin müasir tələbləri ödəyən formaya düşməsi üçün səmərəli təkliflər hazırlanmasıdır.
Misir Mərdanov jurnallara baxış və məsul katiblərlə görüş zamanı çap olunmuş jurnalların yayılma mexanizminin məlum olmaması, məqalələrin rəyə göndərilməsində problemlərin olmasını, eyni bir şəxsin iki və daha çox jurnala baş redaktorluq etməsini, bəzi jurnallarda ayrı-ayrı alimlərin yubileylərinə geniş yer verilməsini, jurnalların ondan çoxunun məsul katibinin elmi dərəcəsinin olmamasını, 28 jurnalın rəsmi veb-saytının olmaması kimi nöqsanların aşkar edildiyini söyləyib.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...