“Şanlı Vətən” tamaşası nümayiş edildi - Fotolar
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ideya müəllifi Xalq artisti Amaliya Pənahova olan “Şanlı Vətən” tamaşası təqdim edilib.
Səhnə əsərinin nümayişindən öncə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tarixən ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi qanlı cinayətlər barədə məlumat verib.
Sonra tamaşa təqdim olunub.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı isə Rafiq Abdullayevdir.
Musiqi tərtibatı Rəşid Sultanova məxsus səhnə əsərində aktyorlar Tural Əhməd, Ülviyyə Rza, Toğrul Rza, İlqar Musayev, Rafiq İbrahimov, Tofiq Bayramov, Tural Ağayev, İsmayıl Atakişiyev və Hüsniyyə Mürvətova çıxış ediblər.
Çingiz Ələsgərli tərəfindən epik janrda qələmə alınmış əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən, Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni- daşnaq işğalından azad etməsindən, habelə təməli ümummilli lider Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş “Dostluq körpüsü”nün Azərbaycan və Türkiyənin hazırkı prezidentləri tərəfindən uğurla davam etdirilməsindən danışılır.
-
“CineMastercard”da “Furiosa: Çılğın Maks Əfsanəsi” filmi nümayişi olunub - VİDEO/FOTO
...
-
Beyinsəl və ruhən xəyanət daha qorxuncdu - ÖZƏL MÜSAHİBƏ
...
-
Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
...
-
“Kasıbçılıqla böyümüşəm, ali təhsil ala bilməmişəm” - Video
...
-
"Parkda" tamaşası və onun xalqa verdiyi mesajlar
...
-
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
...
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...