Flora Kərimova yalan danışıb?
Məşhur “Tıq-tıq xanım” mahnısının ilk ifaçısının kimliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövzu barədə İTV-də yayımlanan “Sabahın xeyr, Azərbaycan” proqramında danışılıb.
Sözügedən çigzi filmin animatoru, quruluşçu rejissoru Məsud Pənah verilişdə məsələyə aydınlıq gətirib: “Üstündən 50 il keçməsinə baxmayaraq film ətrafında hay-küy davam edir. Flora Kərimovaya böyük hörmətim var. Gözəl və məxməri səsi var. Amma Flora xanımı tanımıram, onunla işləməmişəm. Mahnının ifaçısı Sevil Allahverdiyevadır”.
Bu məqamda bildirək ki, Flora Kərimova 2011-ci ildə Space TV-yə verdiyi müsahibədə “Tıq-tıq xanım” adlı mahnının ilk ifaçısının özü olduğunu vurğulamışdı.
Xatırladaq ki, Sevil Allahveridyeva Vaqif Mustafazadənin məşhur “Sevil” qrupunun solisti olub.
-
"Parkda" tamaşası və onun xalqa verdiyi mesajlar
...
-
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
...
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...