“Onları Allaha tapşırıram” - Hacı Əliyev
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatını medalsız başa vuran Hacı Əliyev bu barədə “İnstagram” hesabında paylaşım edib.
O, mundialdan medalsız ayrılmasından və ona qarşı olan haqsızlıqlardan yazıb: “Bu gün dünya çempionatından əliboş dönürəm. Amma haqqıma girənləri Allaha tapşırıram. Başda oturan bütün hakimlərə haqqımı halal etmirəm. Bu son deyil hər şey qarşıdadır”.
Xatırladaq ki, ötən gün Əliyev rusiyalı Hacımurad Rəşidovla görüşdə önə keçsə də, qarşı tərəf buna etiraz edib. Hakimlər videotəkrara baxdıqdan sonra idmançımızın xallarını siliblər. Mundialın 3 qat qalibi hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstəriblər, idmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...