Həsən Əliyev və Rafiq Hüseynov finalda
Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunları davam edir. Bu gün iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Həsən Əliyev (77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib - 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib - 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib.
Həsən finalda iranlı Peyman Poştamla qarşılaşacaq.
Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib - 5:1. Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb.
Güləşçimiz finalda macar Viktor Lorintslə qarşılaşacaq.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...