“Azercell”in “Mobil Göz Klinikası”nın yeni səfərləri
Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir.
Azercell-in “Mobil Göz Klinikası” oktyabr ayı ərzində Bakı şəhəri, 2 N-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin Həzi Aslanov və Nəsimi filiallarının şagirdlərini müayinədən keçirib. Klinikanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə təşkil edilən səfəri zamanı isə aztəminatlı ailələrdən olan uşaqlara və sağlamlıq imkanları məhdud körpələrə tibbi yardım göstərilib. Beləliklə, oktyabr ayı ərzində 100-ə yaxın uşaq klinikanın təşkil etdiyi müayinələrdən yararlanıb.
2011-ci il iyun ayının 1-də “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə fəaliyyətə başlayan Azercell-in “Mobil Göz Klinikası” ən müasir tibbi avadanlıqla təchiz edilib. Valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan klinikanın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.
Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
-
“Nar” satış və xidmət şəbəkəsi Ağstafa şəhərində!
...
-
Dövlət Xidmətindən kartdan karta köçürmələrlə bağlı - Xəbərdarlıq
...
-
“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
...
-
“Azərişiq” ölkə üzrə enerji doldurma məntəqələri qurur - FOTO/VİDEO
...
-
“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!
...
-
“Nar” önəmli tədbirə rəsmi telekommunikasiya tərəfdaşı kimi qatıldı
...
-
“YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib - FOTO
...
-
“Yelo Bank” yeni “Visa Infinite” kartını təqdim edir!
...
-
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
...
-
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
...