Azərbaycan çempionatının oyunları Gürcüstanda keçiriləcək
Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua Azərbaycana işgüzar səfərə gəlib. O, Bakıda olduğu müddətdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev, baş katibi Cəlil Cəfərovla və AVF nümayəndələri ilə görüşlər keçirib.
Yığıncaqda bir sıra mövzulara toxunulub. Əsas müzakirə mövzusu isə Gürcüstan klublarının Azərbaycan çempionatında iştirak məsələsi olub. Qonaq Super Liqada, bu mövsümdən isə Yüksək Liqada da oynayacaq qonşu ölkə komandalarının Azərbaycanda böyük təcrübə topladıqlarını vurğulayıb. O, yarışın daha da kütləviləşməsi üçün Gürcüstanda da hansısa bir turunun, yaxud yarımfinal matçının keçirilməsini təklif edib. Bu, müsbət qarşılanıb və qərara alınıb ki, Azərbaycan klubları da rəqibləri ilə səfərdə oynasın. Nəticədə gürcüstanlı azarkeşlər də Azərbaycan çempionatında olacaq maraqlı görüşləri canlı izləmək imkanına yiyələniblər.
Hansısa turun və ya yarımfinal oyunlarının qonşu ölkədə keçiriləcəyi tarix tezliklə açıqlanacaq.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...